YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Kentaki Ştatının Senatı Azərbaycanın Qanlı Yanvar qurbanlarına aid qətnamə qəbul edib

Kentaki ştatının Senatı Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 25-ci il dönümünə dair qətnamə qəbul edib.

Qətnamədə Azərbaycan xalqının 1990-cu il qanlı yanvar hadisələri zamanı verdiyi çoxsaylı qurbanların xatirəsi anılır. “Qara yanvar” faciəsi zamanı bir çox günahsız Azərbaycan vətəndaşının heç bir fərq qoyulmadan və amansız şəkildə qətlə yetirildiyi deyilir. Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda bu mübarizəsinin 1991-ci ilin oktyabr ayında Azərbaycan Respublikası müstəqilliyinin bərpa olunması ilə nəticələndiyi bəyan edilərək Kentaki ştatı Senatının bu əlamətdar hadisəni Azərbaycan xalqı ilə birgə qeyd etdiyi bildirilir.