YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliyanın yeni seçilmiş Prezidenti Marselo Rebelo de Susaya təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının yeni seçilmiş Prezidenti Marselo Rebelo de Susaya təbrik ünvanladı.

Təbrikdə deyilir: “Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Portuqaliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.”

 

 

DİGƏR Xəbərlər Arxiv