YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Dünya iqtisadiyyatındakı qeyri-sabitlik və mənfi tendensiyaların Azərbaycana mümkün təsirlərinin neytrallaşdırılması üçün sistemli tədbirlər həyata keçirilir

«Dünya iqtisadiyyatındakı qeyri-sabitlik və mənfi tendensiyaların Azərbaycana mümkün təsirlərinin neytrallaşdırılması üçün sistemli tədbirlər həyata keçirilir. Neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələr, vaxtında görülmüş qabaqlayıcı tədbirlər dünyadakı qlobal böhranın Azərbaycan iqtisadiyyatına təsirlərini minimuma endirib». Bu fikirləri iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, 2015-ci ildə sənaye 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz, kənd təsərrüfatı 6,6 faiz artıb, ölkə iqtisadiyyatına 20 milyard dollar investisiya qoyulub. Onun sözlərinə görə, son on ildə 3 minə yaxın məktəb, 600-ə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub.
«Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsasında Azərbaycan vətəndaşı, onun rifahının yaxşılaşdırılması dayanır. Gəlirlərin azalmasına baxmayaraq, bütün sosial proqramlar tam həcmdə yerinə yetirilir. Təkcə son bir ay ərzində Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə aztəminatlı vətəndaşların rifahının yaxşılaşdırılması məqsədilə bir sıra sərəncamlar imzalanıb. Ölkədə dərman vasitələri satışının tənzimlənməsi, istehlak bazarına nəzarətin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması, pensiya və müavinətlərin, əmək haqlarının artırılması məhz əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdir»- deyə, nazir vurğulayıb.