YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyanın xəbər portalları Dağlıq Qarabağ münaqişəsi haqqında yazır

Almaniyanın “Eurasianews“ və “Russia Today Deutsch” xəbər portallarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məqalələr yayılıb. Məqalələrdə münaqişəsinin hazırkı vəziyyəti, beynəlxalq və regional güclərin bu problemlə dair mövqeləri təhlil edilir.

Oxucuların diqqətinə çatdırılır ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini özünə birləşdirmək cəhdi ilə başlayıb. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub. Yüz minlərlə azərbaycanlı öz ev-eşiyindən didərgin salınıb. Münaqişənin həlli üçün beynəlxalq diplomatik səylər heç bir nəticə vermir. Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə üstünlük versə də, hərb yolunu da istisna etmir. Bu mövzuda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevdən sitat gətirilir: “Əgər bu yol tezliklə nəticə verməzsə, Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında olan səbrini itirə bilər. Azərbaycan silahlı qüvvələri istənilən təxribatın qarşısını almağa hazırdır. Azərbaycanın işğal altındakı ərazilərinin geri qaytarılması üçün hərbi imkanları var. Biz güc tətbiqindən istifadə etmək istəmirik, lakin bizim səbrimizin müəyyən bir ana qədər həddi vardır. Azərbaycan Silahlı Qüvvələrinin müasir silah sistemləri ilə təchiz olunması üçün böyük vəsait ayrılır”. Qeyd edilir ki, Hikmət Hacıyev Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməsi üçün zamanın yetişdiyini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirir ki, əgər münaqişənin sülh yolu ilə həllinə nail olunmazsa, o zaman müharibənin baş verməsi üçün real təhlükə yaranır. Bundan böyük təhlükə isə odur ki, münaqişə daha da böyüyərək bütün regionu əhatə edir.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev: “Beynəlxalq ictimaiyyətin bizim ərazi bütövlüyümüz və suverenliyimizin pozulmasına görə Ermənistana sanksiyalar tətbiq edə bilməməsi səbrimizi tükədir. Çünki bu, bizim BMT, Avropa Şurası, ATƏT və Avropa Parlamenti tərəfindən tanınan sərhədlərimizə etinasızlıqdır”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini Elçin Mirzəbəyli: “Status kvonun qeyri-müddətədək saxlanılması qəbuledilməzdir.”

Məqalələrdə Ermənistanın hərbi imkanlarına görə Azərbaycandan çox geridə qaldığı bildirilir.