YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Apreldə Britaniyanın neft-qaz maşınqayırması sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycana səfər edəcək

Britaniya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu barədə Londonda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında bildirilib.

İclasda çıxış edən Britaniyanın Ticarət və İnvestisiya Departamentinin rəsmisi xanım Sue Vitbread qeyd edib ki, 2015-ci ilin oktyabrında Bakıda Böyük Britaniya-Azərbaycan Əməkdaşlıq Forumu keçirilmişdir. Ölkələrimiz arasında neft-qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə bu ilin aprelində Britaniyanın neft-qaz maşınqayırması sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycana səfəri planlaşdırılır.

İclasa həmsədrlik edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev nümayəndə heyətinə iqtisadiyyatın digər sahələri üzrə fəaliyyət göstərən iş adamlarının da cəlb olunmasını təklif edib, Britaniya tərəfi təklifi razılıqla qarşılayıb.