YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Azərbaycan bütün təşkilat və dövlətlərlə bərabərhüquqlu formada əməkdaşlığın tərəfdarıdır

«Avropa Parlamentinin nümayəndə heyətinin ölkəmizə səfəri və səfər zamanı aparılan müzakirələr əhəmiyyətlidir». Bu fikri Milli Məclisin komitə sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, Azərbaycan bir çox beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, bu, ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biridir.

«Ölkəmizin Avropa strukturları ilə də fəal əməkdaşlığı var. Amma təəssüf ki, bəzi hallarda bəzi təşkilatlar Azərbaycana qarşı qərəzli mövqe nümmayiş etdirirlər. Bu baxımdan, Avropa Parlamenti də istisna deyil. Əgər bu təşkilat ölkəmizə qarşı düzgün mövqe sərgiləməlidir. Azərbaycan bütün təşkilat və dövlətlərlə bərabərhüquqlu formada əməkdaşlığın tərəfdarıdır»- deyə, F.Muradov qeyd edib.