YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Tomislav Nikoliçə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçə Serbiya Respublikasının milli bayramı münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “İnanıram ki, Azərbaycan ilə Serbiya arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.”