YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbrayıl Fərzəliyev: Avropa İttifaqının Qarabağ münaqişəsinin həlli istiqamətinə marağı artmaqdadır

«Son zamanlar Avropa İttifaqının Qarabağ münaqişəsinin həlli istiqamətinə marağı artmaqdadır. Sözsüz ki, Aİ-in bu addımı Azərbaycanın maraqlarına cavab verir. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, etinasızlığı, Erməni lobbisinin maraqlarına cavab verən atdığı son addımlar bizə onu deməyə əsas verir ki, bu qurum münaqişənin həllində mübət yöndə nəyəsə nail ola bilməyəcəklər». Bu fikirləri YAP-ın gənc fəal üzvü Cəbrayıl Fərzəliyev deyib.

 C.Fərzəliyev bildirib ki, AŞPA-da Azərbaycanla bağlı müzakirəyə çıxarılan iki qətnamədə Minsk qrupunun ”rolunu  gördük. Onun sözlərinə görə, həmsədrlərin məsələyə qeyri-obyektiv yanaşması, hər vəchlə status-kvonu qoruyub saxlamaq cəhdləri münaqişənin həlli prosesinə mane olan əsas faktorlardandır.

«Məsələ burasındadır ki, artıq beynəlxalq miqyasda da ATƏT-in Minsk qrupunun yararsızlığı etiraf olunmaqdadır. Hesab edirəm ki, Avropa İttifaqı kimi nüfuzlu bir qrumun konfliktin həllində iştirakı Azərbaycanın maraqlarına uyğundur və münaqişənin həlli yönündə nəyəsə nail olmaq olar. Bu qurum İran böhranının həllində atdığı adekvat addımlar və hətta nüfuzundan da irəli gedərək böhranın həll olunmasında öz prinsipial mövqeyini ortaya qoyması onun beynəlxalq arenadakı gücündən xəbər verir. Avropa İttifaqı Qarabağ münaqişəsinin həllinin uzanmasından narahatdır. Nüfuzlu Avropa Siyasəti Mərkəzinin( European policy center) keçən həftə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı geniş hesabat da bunu təsdiqləyir. Hesabatda vurğulanır ki, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilat konfliktin həlli ilə bağlı bütün məsələləri Minsk qrupunun üzərinə atmamalıdır və rəsmi Brussel açıq şəkildə bəyan edib ki, onlar hazırkı situasiyadan və acəbhə xəttində atəşkəsin pozulmasında narahatdırlar. Təbii ki, Azərbaycan Avropa İttifaqının strateji partnyoru, regionun lider dövlətidir və Azərbaycanın iştirakı olmadan regional layihələr reallaşa bilməz. Və regionda Dağlıq Qarabağ münaqişəsinin movcudluğu regionda sülh və təhlükəsizliyə ən böyük təhdiddir. Hesab edirəm ki, bütün bunları nəzərə alaraq Avropa İttifaqı regionda sabitliyin pozulmasını istəmir və bölgədə stabillikdə maraqlıdır»- deyə, C.Fərzəliyev qeyd edib.