YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Elmar Məmmədyarov: Azərbaycan və Rusiyanın münasibətləri strateji xarakter daşıyır

Azərbaycan və Rusiyanın münasibətləri strateji xarakter daşıyır. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü rusiyalı həmkarı Sergey lavrovla keçirdiyi görüşdən sonra brifinqdə deyib.

Məmmədyarov bildirib: "Bizim hər il görüşmək kimi yaxşı ənənəmiz var. Ötən il mən Moskvada oldum, bu il nazir Lavrov bizə gəlib".

Nazir qeyd edib ki, iqtisadi nöqteyi-nəzərdən əmtəə dövriyyəsi artır: "Biz əməkdaşlığın daha da dərinləşməsi üçün münasibətlərin perspektivlərini müzakirə etdik. Biz həmçinin Dağlıq Qarabağ münaqişəsinə də toxunduq".

Məmmədyarov deyib ki, habelə tərəflər əməkdaşlıq məsələlərini və İraqda, Yaxın Şərqdə, Ukraynada vəziyyəti müzakirə ediblər. Nazir yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqqında məsələni də şərh edib: "Fransa Prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqqında təklifi var. Biz indi bu görüşün təşkili ilə bağlı Fransadan cavab gözləyirik".

 

DİGƏR xəbərlər Arxiv