YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahmud Məmmədquliyev: Azərbaycan NATO ilə fəal əməkdaşlıq edir və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verir

«Azərbaycanın bölgədəki mövqeyi güclənməkdədir. Biz Avropa ilə Asiya arasında və regional enerji layihələrinin həyata keçirilməsində vacib tranzit rolunu oynayırıq». Bu fikirləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

M. Məmmədquliyev Azərbaycanın xarici siyasi kursunun istiqamətlərinin NATO, Avropa Birliyi və Avropa Şurası və digər Avropa strukturları ilə əməkdaşlığın inkişaf etdirilməsindən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan NATO ilə fəal əməkdaşlıq edir və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verir.

«Bu gün Bakı Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir. Sədrliyin prioritetləri korrupsiya ilə mübarizə, mədəniyyətlərarası dialoqun inkişafı, insan hüquqlarının və gənclər üçün keyfiyyətli təhsilin təmin edilməsidir»- deyə, nazir müavini vurğulayıb.