YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Azərbaycan Yunanıstanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayan ölkədir

«Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstana dövlət səfəri mühüm hadisədir». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, Azərbaycan-Yunanıstan münasibətlərinin müəyyən tarixi kökləri var. Onun sözlərinə görə, iki ölkə arasında geniş əməkdaşlıq əlaqələri mövcuddur.

«Azərbaycan Yunanıstanın iqtisadi böhrandan çıxarılmasında, onun  enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayan ölkədir. Hesab edirəm ki, cənab Prezidentin səfəri iki ölkə arasında qarşılıqlı münasibətlərdə yeni bir səhifə açacaq»- deyə, M.Qasımlı qeyd edib.