YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zeynal Nağdəliyev: Ölkədə 30 minə yaxın iş yeri müəyyənləşib

İcra hakimiyyətlərində qərargahlar və “qaynar xətt” yaradılıb. Bütün sahibkarların, sakinlərin müraciətlərinə həssaslıqla yanaşılmalı, təhlil aparılmalıdır. Bütövlükdə, hər bir iş Azərbaycanda sahibkarlığın inkişafına yönəldilməlidir.

Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Sumqayıtda jurnalistlərə müsahibəsində söyləyib.

Zeynal Nağdəliyev deyib: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu və ya digər səbəblərdən fəaliyyətini dayandırmış qurumlardan azad olunmuş işçilər var. Dövlətimizin başçısı onların işlə təmin olunması məsələsini icra orqanlarının qarşısında vəzifə olaraq qoyub. 30 minə yaxın iş yeri artıq müəyyənləşib və bunlar həm müvafiq mərkəzi, həm də yerli icra orqanları tərəfindən tənzimlənəcək. Onların məvacibləri də münasib olacaq. Prezident İlham Əliyevin tapşırığı budur ki, hər bir ailənin yeni yaranmış şəraitdə müəyyən qazancı olmalıdır”.