YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əsədov: Aqrar sahədə inkişaf əsasən intensiv faktorlar, yəni, məhsuldarlığın artırılması hesabına baş verib

Keçən il kənd təsərrüfatı məhsullarının istehsalı 6,6 faiz artıb. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

H.Əsədov qeyd edib ki, aqrar sahədə texnika və gübrə təminatında olan çətinliklər demək olar, tamamilə aradan qaldırılıb. Onun sözlərinə görə, ötən il bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalının həcmində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artıma nail olunub.

«Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçılarına zəruri şəraitin yaradılması istiqamətində qarşıya qoyulan tapşırığın icrası olaraq, ötən il 312 milyon ABŞ dolları həcmində meyvə-tərəvəz məhsulları ixrac edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox olmaqla, ixracın həcmi idxalı dəfələrlə üstələyib. 2015-ci ildə aqrar sahədə məhsul istehsalının artımı əkin sahələrinin və ya heyvanların baş sayının artırılması hesabına deyil, əsasən intensiv faktorlar, yəni, məhsuldarlığın artırılması hesabına baş verib. Hər hektardan 50 sentnerdən çox məhsul götürən təsərrüfatlar nümunə göstərildiyi halda, hesabat ilində belə təsərrüfatların sayı onlarla olub»- deyə, nazir vurğulayıb.