Xəbərlər
Keçən il SOCAR 8,1 milyon tondan çox neft hasil edib
2015-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) neft hasilatı 8 milyon 159,1 min ton olub. Keçən il ümumilikdə Azərbaycanda isə 41 milyon 583,6 min ton neft hasil edilib.
Şirkət ötən ilin dekabrında 577,6 min ton neft hasil edib. Həmin ay ölkə üzrə hasilat isə 3 milyon 359,3 min ton olub.