YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan fevralda iki beynəlxalq turizm sərgisində təmsil olunacaq

Fevralın 11-dən 13-dək Milanda, 16-dan 19-dək isə Tehranda beynəlxalq turizm sərgiləri keçiriləcək. Hər iki sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi təmsil edəcək.

Nazirliyin turizm şöbəsindən bildirilib ki, beynəlxalq sərgilərdə ölkəmizin turizm potensialı icarəyə götürülmüş pavilyonlarda nümayiş olunacaq. Burada Azərbaycanın görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri təbliğ ediləcək. Sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis, italyan, fransız, rus, fars və digər dillərində müxtəlif növ reklam-çap məhsulları sifariş edilib.

Nazirliyin turizm şöbəsinin əməkdaşları ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən hotellərin və turizm şirkətlərinin nümayəndələrinin də qatılacağı sərgilərdə müxtəlif qitələrdən turizm sahəsində tanınmış şirkətlər təmsil olunacaq.

Qeyd edək ki, ümumilikdə, ölkəmizin turizm imkanlarının bu il 18 beynəlxalq sərgidə nümayişi nəzərdə tutulur. Ötən il isə 16 beynəlxalq turizm sərgisində milli stendimiz qurulub.