YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev gənclərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, Azərbaycan Respublikasında gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə, Orucov Seymur Vaqif oğlu, Abdullayev Əkrəm Kamal oğlu, Qürbətov Faiq Akif oğlu, Mehdiyev Nurəddin Səftər oğlu, Seyidzadə Şahin Kamil oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildilər.