YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Bakıda Ümumrespublika Elm Festivalı keçiriləcək

Oktyabrın 25-dən noyabrın 10-dək Bakıda Ümumrespublika Elm Festivalı keçiriləcək. Bu barədə AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib.

A.Əlizadə qeyd edib ki,  yeni elmi texnologiya və innovasiyaların nümayiş olunması, elmin populyarlaşdırılması və cəmiyyətdə elmə marağın artırılmasında belə tədbirlərin əhəmiyyəti böyükdür. Onun sözlərinə görə, festivalın proqramında yer alan sərgilər, mühazirələr, elmi müəssisələrə səyahətlər, əyləncəli şoular ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.

«Elmi biliklərin populyarlaşdırılması, gənc nəsildə elmə marağın yaradılması son illər akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindəndir»- deyə, AMEA prezidenti vurğulayıb.