YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Heç kimin imtiyazı ola bilməz

“Korrupsiyaya və rüşvətxorluğa qarsı mübarizə gedir, öz bəhrəsini verir. Korrupsiya böyük bəladır, bütün ölkələr üçün, o cümlədən Azərbaycan üçün. Biz həm cəza tədbirlərini tətbiq edirik, inzibati addımlar atılır, həm də institusional tədbirlər görülür. Korrupsiya, rüşvətxorluq üçün meydan daralır, yeni ictimai xidmətlər yaradılır. “ASAN xidmət” iki il ərzində artıq yeddi milyon insana xidmət göstərib. Bu yeddi milyon insan bu iki il ərzində “ASAN xidmət”də korrupsiyanın nə olduğunu görməyib. Ancaq əvvəlki dövrlərdə hansı qapıya gedirdilərsə, onlardan qanuni arayışa, icazəyə və s. görə nə isə tələb olunurdu. İnstitusional tədbirlər çox səmərəlidir. Bununla bərabər, korrupsiyaya qarşı cəza tədbirləri də tətbiq ediləcək, edilir. Burada heç kimin imtiyazı ola bilməz. Heç kim toxunulmaz deyil. Son hadisələr Azərbaycanda bir daha onu göstərdi. Əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə onlar mütləq cəzalandırılacaq və cəzalandırılır. Xalq da, ictimaiyyət də bunu görür. Hamı bilsin, Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Hamı qanun qarşısında bərabərdir.” Bu fikirləri Prezident İlham Əliyev yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda söyləyib.

Prezident İlham Əliyev qeyd edib ki, bu il yerli icra orqanları daha çox iş yerlərinin yaradılması, investisiyanın cəlb edilməsi ilə məşğul olmalıdırlar: “Əldə edilmiş nailiyyətlərlə bağlı Prezidentə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə müntəzəm olaraq məlumat verməlidirlər. Dövlət məmurları xalqla bir yerdə olmalıdır. Mən həmişə demişəm, hər bir dövlət məmuru, o cümlədən də Prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib və biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq.”