YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlı deputat AŞPA komitəsinin sədri seçilib

Yanvarın 26-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova bu komitənin sədri seçilib.

İlk dəfədir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü qurumun komitə sədri seçilir.