YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: Sahibkarlığa Kömək Milli Fonduna əlavə vəsait ayrılacaq

Bu il İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna əlavə vəsait ayrılacaq. Həmin vəsaitin ayrılması fondda olan vəsaitlərlə birlikdə regionlarda yeni müəssisələrin yaradılmasına şərait yaradacaq. Bu, eyni zamanda, aqrar sektora da təkan verə bilər.

Bunu yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində maliyyə üzrə paneldə maliyyə naziri Samir Şərifov deyib.

“Hazırda 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılır. Sahibkarlara tövsiyəm odur ki, layihələr üzrə işlərə başlasınlar. Əsasən daxili xammal bazasına əsaslanmış ixracyönümlü müəssisələrin yaradılmasına diqqət yetirilməlidir. Bu müəssisələrin yaradılması ölkədən valyuta axınının azalmasına təkan verəcək”, - deyə nazir diqqətə çatdırıb.