YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Dövlət başçısının siyasəti respublikamızın yeni sosial-iqtisadi inkişaf mərhələsinə keçməsinə imkanlar yaradacaq

«Dünyada baş verən maliyyə-iqtisadi böhran Azərbaycana təsirsiz ötüşməyib. Buna baxmayaraq, ölkəmizdə iqtisadi tənəzzül baş verməyib, hətta 3 faizlik artım əldə olunub». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, bu artım inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrin uzun müddət əldə etmək istədikləri və nail olduqları orta artım sürəti həcmindədir. Onun sözlərinə görə, hazırda, sadəcə olaraq, neftin qiymətinin qısa müddət ərzində 4 dəfə aşağı düşməsi neft ölkəsi kimi bəzi layihələrin həyata keçirilməsində və daha geniş iqtisadi inkişafa nail olmağımızda gərginlik yaradıb.

«Hesab edirəm ki, dövlətimizin başçısı, hörmətli Prezidentimiz İlham Əliyevin yaranmış vəziyyətə çox böyük həssaslıqla yanaşması və verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi respublikamızın yeni sosial-iqtisadi inkişaf mərhələsinə keçməsinə imkanlar yaradacaq, doğma Azərbaycanımız yenə də dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öz yerini daha da möhkəmləndirəcək»- deyə, komitə sədri vurğulayıb.