YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firdovsi Fikrətzadə: Dövlət aqrar sahənin inkişafına dəstəyi getdikcə artırır

«Prezident İlham Əliyev iqtisadiyyatın diversifikasiyasını, qeyri-neft sektorunun inkişafını prioritet vəzifə kimi qarşıya qoyub». Bu fikri Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə deyib.

F.Fikrətzadə bildirib ki, ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət dəstəyi tədbirlərinin həcmi artırılıb. Onun sözlərinə görə, bu dəstəyin əhatə dairəsi də genişləndirilib.

«Dövlət aqrar sahənin inkişafına dəstəyi getdikcə artırır. 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman və sərəncamlar imzalanıb, məhsul istehsalçılarına bir sıra güzəştlər tətbiq olunub. Buna misal olaraq, buğda və çəltik əkininə, yanacaq və motor yağlarına və gübrənin güzəştli satışına görə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsindən ayrılan subsidiyanı göstərmək olar. Belə ki, bu subsidiyanın həcmi əvvəlki illə müqayisədə 26,5 faiz artırılıb. Müvafiq subsidiya tədbirlərinin təkrar əkinlərə də şamil olunması, suvarma sistemləri dəstinə və avadanlığına 40 faiz həcmində güzəştin, eləcə də süni mayalandırma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat məbləğində subsidiyanın müəyyən edilməsi kimi yeni dövlət dəstəyi mexanizmləri tətbiq edilir»- deyə, şöbə müdiri qeyd edib.

DİGƏR Xəbərlər Arxiv