YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Bu gün regionların siması büsbütün dəyişib

Əgər 10-12 il bundan əvvəlki vəziyyətlə regionlarımızda olan indiki vəziyyəti müqayisə etsək, böyük inkişaf görərik. Bu gün regionların siması büsbütün dəyişib. Hazırda regionlarda istehsal sahələrinin, emal müəssisələrinin yaradılması bizim üçün prioritet istiqamətlərdəndir.

Bunu yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində iqtisadiyyat sahəsi üzrə keçirilən paneldə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir dünya bazarında neftin qiymətinin 4 dəfə aşağı düşməsinin ölkə iqtisadiyyatına təsiri barədə məlumat verərək, bu mənfi təsirlərin aradan qaldırılması üçün Prezident İlham Əliyev tərəfindən lazımi tapşırıqların verildiyini bildirib. Son illər regionlarda sosial-iqtisadi sahədə görülən işlərdən də danışan Ş.Mustafayev deyib: “Ölkəmizdə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin bu sahəyə nə qədər önəm verdiyini göstərir. Hazırda qarşımızda duran əsas məqsəd idxaldan asılılığın azaldılmasından ibarətdir. Bunun üçün isə ölkədə sahibkarlıq inkişaf etdirilməlidir. Bu istiqamətdə bir çox tədbirlər görülüb. Güzəştlərin tətbiq olunması, yoxlamaların dayandırılması, lisenziya verilməsi prosedurlarının sadələşdirilməsi və digər tədbirlər, ümumilikdə, bu sahənin inkişafına təkan verəcək”.

 

DİGƏR Xəbərlər Arxiv