YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Müdafiə Nazirliyi: Odundağ yüksəkliyi bölmələrimiz tərəfindən nəzarətə götürülüb

Bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadla Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən Odundağ yüksəkliyinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiq edərək bildiriblər ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib.