YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in sədri: Azərbaycan strateji Cənubi Qafqaz və Xəzər regionunda vacib tərəfdaşdır

“Bizim üçün enerji resursları ilə zəngin olan Azərbaycan strateji Cənubi Qafqaz və Xəzər dənizi regionunda vacib tərəfdaşdır. 2015-ci ildə iqtisadi əməkdaşlığımız artdı və bu təkcə Almaniyanın Azərbaycandan xeyli həcmdə neft almasına görə deyil. Almaniya-Azərbaycan Ticarət Palatası çox fəaldır.” Bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Trend-ə müsahibəsində söyləyib.

Frank-Valter Ştaynmayer qeyd edib ki, biz mədəni və humanitar mübadiləmizin genişləndirilməsində maraqlıyıq. Bizim səfirlik və Almaniyanın Kapelhaus mədəniyyət mərkəzi çoxlu mədəni tədbirlər, konsertlər və sərgilər keçirir. Azərbaycanın 9 məktəbində birinci xarici dil kimi alman dili tədris edilir və bizim azərbaycanlı tələbələr üçün bir neçə təqaüdlərimiz də var: “Bunların hamısı ikitərəfli əməkdaşlığımızın vacib vektorlarıdır və biz bundan sonra da onları inkişaf etdirmək niyyətindəyik. Biz istəyirik ki, Azərbaycan regionda sabitliyin vacib elementi olsun.”

 

DİGƏR Xəbərlər Arxiv