YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərkəzi Bankın sədri: Hazırda qarşıda dayanan əsas məsələ ölkə iqtisadiyyatının neftin bugünkü bazar qiymətinə uyğunlaşdırılmasıdır

«Atılan vacib addımlardan biri bankdan kənarda valyuta mübadiləsi aparan məntəqələrin ləğvi olub. Həmin məntəqələr müəyyən ajiotaj yaradırdı». Bu fikirləri Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov bildirib ki, müəyyən möhtəkirlər valyuta kursunun qaldırılması istiqamətində çalışırdı. Onun sözlərinə görə, hazırda valyuta bazarında situasiya sabitləşib.

«Digər tərəfdən atdığımız addımlar bütövlükdə bazarın valyutaya olan ilkin ajiotaj, psixoloji tələbatının ödənilməsidir. Manatın kursu ilə bağlı elektron saytlarda şayiələr yayılır, lakin bunların heç bir əsası yoxdur. Bütün iqtisadi proseslər sabitləşməyə xidmət etməlidir və bu sabitləşmə üzərində iqtisadiyyat qurulmalıdır. 2015-ci ilin ilk devalvasiyasına qədər ən çox inkişaf edən sahə bank sektoru idi. Kapitallaşma 18 faiz, 2 dəfədən çox idi. Problemli kreditlərin həcmi isə 5 faiz təşkil edirdi. Bu gün ən çox təsirlənən sistemlərdən biri bank sektorudur. Cəmiyyəti bu gün ən çox düşündürən məsələ manatın sabitliyidir. Manat sadəcə valyuta deyil, dövlət simvoludur. Manat və onun məzənnəsi Azərbaycan iqtisadiyyatını ifadə edir. Hazırda qarşıda dayanan əsas məsələ ölkə iqtisadiyyatının neftin bugünkü bazar qiymətinə uyğunlaşdırılmasıdır»- deyə, E.Rüstəmov qeyd edib.