YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Rüstəmov: Manatın məzənnəsinin kəskin üzməsinin qarşısını almaq iqtidarındayıq

«Bu gün manatın məzənnəsinə bir neçə amil təsir edir. Söhbət xarici amillərdən, habelə, dollarlaşma prosesi, o cümlədən möhtəkirlərin əhali arasında yaratdığı gözləntilərdir». Bu fikirləri  Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

 E.Rüstəmov qeyd edib ki, əhali bilməlidir ki, Mərkəzi Bank digər hökumət qurumları ilə birgə ölkədə makroiqtisadi vəziyyətin stabilləşməsi, o cümlədən, manatın məzənnəsinin dinamikasının, onun proqnozlaşdırılan kəskin üzməsinin qarşısını almaq üçün çox güclü tədbirlər görmək iqtidarındadır. Onun sözlərinə görə, Prezident İlham Əliyev ötən gün keçirilən iclasda bizə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı daha da genişləndirməklə bağlı tapşırıq verdi.

«Bunlara Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı adidir. Beynəlxalq maliyyə qurumları ilə danışıqlar, müəyyən investisiya proqramları, o cümlədən, prezidentin nəzərdə tutduğu genişmiqyaslı struktur islahatları proqramı çərçivəsində ölkəyə maliyyə resurslarının cəlb olunması variantlarına da baxılır. Artıq Mərkəzi Bank, Maliyyə Nazirliyi və digər qurumlar beynəlxalq maliyyə qurumları ilə əlaqədədir. Biz bu imkanlardan geniş istifadə edəcəyik», - deyə E. Rüstəmov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv