YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: "Dövlət üzərinə düşəni edəcək"

"Bu böhranın mənfi təsirlərini və risklərinin minumuma endirmək üçün ölkə prezidenti cənab İlham Əliyev son günlər çox önəmli addımlar atıb. Bunun üçün hətta, indiyədək görünməmiş radikal dövlət strukturu dəyişikliyinə gedilir. Böhranın təsirilərini azaltmaq üçün ciddi hüquqi baza yaradılır". Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı deyib.

A.Quliyev bildirib ki, qiymətlərin tənzimlənməsi və süni bahalaşmanın qarşısının alınması üçün qəti tədbirlər görülür: "İslahatlara mane olan rüşvət, korrupsiya, monopoliya, sabotaj hallarının təcili surətdə aradan götürülməsi üşün hüquq-mühafizə orqanlarının səlahiyyətlərini artırılır. Maliyyə-iqtisadi və ərzaq kimi ən vacib sahələrdə təxirəsalınmaz əməli addımlar atır. Struktur islahatları çərçivəsində ötən il ərzində bir neçə dövlət qurumu ləğv edildi. Ölkədə azad sahibkarlığın inkişafına mane olan yoxlamalar dayandırıldı. Lisenziyaların verilməsi qaydaları sadələşdirildi, lisenziya verilən fəaliyyət növlərinin sayı azaldıldı. Gömrükdə şəffaflığın artırılması, inhisarçılığın aradan qaldırılmasını təmin edən qərarlar qəbul olundu. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da sərt şəkil aldı və bəzi səlahiyyət sahibləri öz qanunsuz əməllərinə görə məsuliyyətə cəlb olundu. Süni qiymət artıranlara qarşı sərt mübarizə mexanizmlərindən istifadə olunaraq daxili bazar nəzarətdə saxlanıldı. Çörəyin, unun, ərzaq məhsullarının qiyməti aşağı salındı".

A.Quliyev çıxışında daha sonra deyib: "İnsanlarımızın narahatlığı tamamilə başadüşüləndir. Hər birimiz bu ölkənin vətəndaşıyıq və baş verənlər təbii ki, hamımızın həyatına bu və ya digər dərəcədə təsir göstərir. Lakin heç bir halda imkan vermək olmaz ki, insanların düşdüyü vəziyyətdən sui-istifadə olunsun. Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə hər birimizin üzərinə böyük bir məsuliyyət düşür. Unutmamalıyıq ki, Azərbaycanda vəziyyətin qarışmasında, sabitliyin pozulmasında, xalqla dövlət arasındakı körpülərin dağılmasında maraqlı olan xarici qüvvələr var. Buna biz heç vaxt imkan verə bilmərik.
Odur ki, hər birimizin üzərinə tarixi bir missiya düşür – bu çətin mərhələni də birgə adlamaq. Dövlət üzərinə düşəni edəcək - şübhəmiz olmamalıdır!"