YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Rüstəmov: Mərkəzi Bankın manatın denominasiyası ilə bağlı planları yoxdur

Azərbaycan Mərkəzi Bankının manatın denominasiyası ilə bağlı planları yoxdur.

Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. O bildirib ki, sosial şəbəkələrdə yeni pul nişanlarının çap olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

E.Rüstəmov qeyd edib ki, denominasiyanın həyata keçirilməsi üçün milli valyutada qüsurlar olmalıdır. Həmçinin hiperinflyasiya olmalıdır ki, hazırda Azərbaycanda hiperinflyasiya müşahidə edilmir.