Xəbərlər
Pensiyalar fevral ayından artırılmış məbləğlə ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) yanvar ayının 15-nə şəhər və rayonlar üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, «Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasından irəli gələn texniki işlər yekunlaşdırılmaq üzrədir. Əmək pensiyaçıları fevral ayı üzrə pensiyalarını artım tətbiq edilməklə alacaqlar.