YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisinin növbədənkənar iclası keçirilir

Yanvarın 19-da Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar iclası keçirilir.

Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

İclasda Vergi, İnzibati Xətalar məcəllələrində, "Əmanətlərin sığortalanması haqqında", "Valyuta tənzimi haqqında", "Dövlət satınalmaları haqqında", "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələri nəzərdən keçiriləcək.

Deputatlar, həmçinin "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikası qanununun layihəsinə baxacaqlar