YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatının vəziyyəti çox möhkəm və müsbətdir

Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə Azərbaycan iqtisadiyyatının vəziyyətinin çox möhkəm və müsbət olduğunu bildirərək deyib: “Bütün iqtisadi göstəricilər bunu göstərir. Hətta böhranlı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib. Ümumi daxili məhsul, qeyri-neft sektoru, sənaye istehsalı artıb, kənd təsərrüfatı təxminən yeddi faiz artıb”.

Dövlətimizin başçısı qeyd edib ki, bizim valyuta ehtiyatlarımız yaxşı səviyyədədir. Valyuta ehtiyatları qorunur. Xarici dövlət borcu çox aşağı, təxminən 12 faiz səviyyəsindədir. Bu, dünya miqyasında ən yaxşı göstəricilərdən biridir. “Bütün bu amilləri, iqtisadi dayanıqlılığı və xarici borcumuzun aşağı səviyyədə olmasını nəzərə alaraq, hesab edirəm ki, biz xarici maliyyə bazarlarından lazım olan həcmdə valyuta resurslarını Azərbaycana cəlb edə bilərik. Bu məsələlərlə bağlı müvafiq tapşırıqlar verilmişdir. Hesab edirəm ki, tezliklə bu məsələyə də baxılmalıdır. Mən şəxsən heç vaxt tərəfdarı deyildim ki, Azərbaycanın xarici dövlət borcu artsın. Çünki həmişə istəyirdim ki, 10 faizi keçməsin. Ancaq indiki vəziyyətdə nəzərə alsaq ki, bizdə bu səviyyə cəmi 12 faizdir, - bəzi inkişaf etmiş ölkələrdə 100 faizdir, 120 faizdir, 150 faizdir, - yəni, çox az ölkə tapılar ki, orada xarici borc bizdəki səviyyədə olsun. Bunu nəzərə alaraq deyə bilərəm ki, xarici valyuta bazarlarından əlavə valyuta resurslarının cəlb edilməsi bizim üçün heç bir problem yaratmaz. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı addımlar atılmalıdır”, - deyə dövlətimizin başçısı bildirib.

 

DİGƏR Xəbərlər Arxiv