YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Heydər Əliyev Fondu Zaur Rəşidovun əməliyyat xərcini ödəyəcək

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Almaniyada təcili əməliyyata ehtiyacı olan Zaur Rəşidovun müalicəsi ilə bağlı bütün xərcləri öz üzərinə götürüb. Bu barədə Fonddan bildiriblər.

Bununla bağlı Zaurun bacısı Dinarə Zəki ilə əlaqə saxladıq. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya xeyirxah təşəbbüsünə görə təşəkkürünü bildirən D.Zəki Zaurun vəziyyətinin hazırda kritik olduğunu dedi. O, qardaşının müalicəsi, tam sağalması üçün təcili və çətin əməliyyata ehtiyac olduğunu bildirdi.

Otuz yaşlı Zaura “osteoblastoma” diaqnozu qoyulub. O, 2006-cı ildən bəri 5 əməliyyat keçirib, lakin xəstəlikdən xilas ola bilməyib. Sosial şəbəkələrdə onun müalicə xərclərinin ödənilməsi üçün vəsait toplanması məqsədilə qrup da yaradılmışdı.