YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: 2016-cı ildə bizim qarşımızda çox mühüm vəzifələr dayanır

“Ölkəmiz üçün 2015-ci il bir çox əlamətdar hadisələrlə yadda qalıb. 2015-ci il Yeni Azərbaycan Partiyası  üçün də uğurlu olub. Belə ki, ölkəmizdə keçirilən növbəti parlament seçkilərində YAP böyük uğur qazandı. YAP seçkilərin nəticəsi olaraq parlamentdə ən şox deputatı olan partiya statusunu qoruyub saxladı”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümümrespublika müşavirəsində deyib.

Əli Əhmədov bildirib ki, ilk Avropa Oyunları 2015-ci ilin ölkəmizin mədəni həyatında mühüm hadisə olduğunu göstərə bilər. Onun sözlərinə görə, il ərzində iqtisadiyatın inkişafı, əhalinin sosial müdafiəsinin təmin olunması ilə bağlı ölkəmizdə uğurlu siyasət davam edib.

“Biz 2016-cı ilə qədəm qoymuşuq. Qarşıda böyük hədəflər dayanır. Xüsusilə də, dünya iqtisadiyyatında, maliyyə sektorunda baş verən hadisələrlə əlaqədar Azərbaycanın qarşısında da çox ciddi vəzifələr dayanır. Azərbaycanın Prezidentinin tapşırıqları əsasında hökumət həmin poblemlərin həlli istiqamətində səfərbər edilib. Artıq bu yöndə çox ciddi addımlar atılır. Son günlər atılan addımlar göz önündədir. Yaxın zamanlarda iqtisadiyyatın inkişaf etdirilməsi, maliyyə sektorunda vəziyyətin sabitləşdirilməsi, bütövlükdə əhalinin sosial təminatının qorunub saxlanılması ilə əlaqədar digər tədbirlər də görüləcək, Prezident sərəncamları imzalanacaq. Beləliklə də, 2016-cı ildə bizim qarşımızda çox mühüm vəzifələr dayanır. Bu vəzifələr bizim hər birimizdən böyük fədakarlıq tələb edir. YAP Azərbaycanıın ictimai-siyasi həyatında fəal iştirak edən siayi təşkilat kimi ölkədə həyata keçirilən bütün quruculuq işlərində yaxından iştirak edir. Hesab edirəm ki, 2016-cı ildə qarşımızda duran çox şərəfli və məsuliyyətli vəzifələrinin yerinə yetirilməsində YAP-ın hər bir üzvünün üzərinə böyük vəzifələr düşür. İnanırıq ki, yerli strukturlarımız yerlərdə 2016-ci ildə qarşımızda duran vəzifələrin həyata keçirilməsi istiqamətində, eyni zamanda, təbliğat-izahat islərinin aparılmasında yaxından iştirak edəcək, həmişə olduğu kimi böyük fədkarlıq göstərəcək, ictimai-siyasi həyatda yaxından iştirak edəcək, ölkəmizdə, sabitliyə, əminamanlığa, quruculuq işlərinə töhfələrini verəcəklər”-deyə YAP Sədrinin müavini vurğulayıb.