YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsmət Yılmaz: Türkiyə və Azərbaycan birgə silahlı qüvvələri təkmilləşdirir

Türkiyə, Azərbaycan və Qazaxıstan TAKM layihəsi çərçivəsində birgə silahlı qüvvələrin təkmilləşdirilməsi üzrə işlər aparır. Bunu Trend-in Türk Xəbərlər Xidmətinə eksklüziv müsahibəsində Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz deyib.

Onun sözlərinə görə, Avropa və Aralıq Dənizi Ölkələrinin Hərbi Statuslu Polis və Jandarmlar Assosiasiyası (FIEP) çərçivəsində 2011-ci ildən başlayaraq qazanılmış təcrübənin Mərkəzi Asiya və Qafqaz ölkələri ilə mübadiləsi məqsədilə iş aparılır.

Qeyd edək ki, 2013-cü ilin fevralında Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın iştirakı ilə TAKM (iştirakçı ölkələrin baş hərfləri) - 4 ölkənin birgə silahlı qüvvələri yaradılıb. Təşkilat Avrasiya regionunda yerləşən hərbi statuslu hüquq-mühafizə təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə təsis edilib.