YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Chicago Sun Times” qəzeti ABŞ-Azərbaycan əməkdaşlığı və Azərbaycanı dəstəkləməyin əhəmiyyəti haqqında

Amerikanın “Chicago Sun Times” qəzetində ABŞ Azərbaycanlıları Şəbəkəsinin üzvlərindən Selma Dənizin ABŞ qanunvericilərinə və mediasına müraciəti dərc edilib.

Məqalədə ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər, iki ölkə arasında enerji əməkdaşlığının sıx inkişafı, “Əsrin müqaviləsi”ndə, neft hasilatında və Azərbaycanda neft yataqlarının işlənməsində “Amoco”, “Pennzoil”, “Chevron”, “ExxonMobil”, “Unocal” iri neft şirkətlərinin iştirakı haqqında qısa məlumat verilib. Məqalədə, həmçinin Bakı-Tbilisi-Ceyhan layihələrinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin və “Cənub” qaz dəhlizinin reallaşdırılmasında Birləşmiş Ştatların dəstəyi haqqında məlumat verilir. Müəllif yazıb: “2014-cü il aprelin 2-də enerji məsələləri üzrə Avropa İttifaqı - ABŞ Şurasında Con Kerri qaz kəmərinin vaxtında tikilməsinə çağıraraq “Cənub” qaz dəhlizi layihəsinin vacibliyini vurğulamışdı. Prezident Barak Obama iyun ayında öz bəyanatında administrasiyanın “Cənub” qaz dəhlizi layihəsini dəstəkləyən mövqeyini, bu layihənin Avropa İttifaqının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün əhəmiyyətini vurğulayıb”.

Sonda ABŞ Azərbaycanlıları Şəbəkəsinin üzvü qanunvericiləri Azərbaycanı və onun tərəfdaşları - Gürcüstan, Türkiyə və İsraili regionda müsbət dəyişiklikləri həyata keçirməkdə və Avropada Amerika müttəfiqləri arasında iqtisadi əlaqələri möhkəmləndirməkdə dəstəkləməyə çağırır. Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinin ABŞ-Azərbaycan münasibətlərinin mühümlüyü barədə məlumatlandırılması üzrə yazılı kampaniyası nəticəsində dərc edilib.