YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Bu gün Azərbaycanda dövlətçiliyimizə sadiq gənclər ordusu var

«Bu gün Azərbaycanda dövlətçiliyimizə sadiq, Prezident İlham Əliyevin xalqımızın maraqlarına xidmət edən siyasətini dəstəkləyən böyük gənclər ordusu var». Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, xarici ölkələrdə lobbiçiliklə məşğul olan, elm sahəsində çalışan, ordu sıralarında xidmət edən, eləcə də hüquq mühafizə orqanlarında fədakarcasına fəaliyyət göstərən gənclərimiz müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda əzmlə çalışırlar.

«Dövlətimiz kifayət qədər güclüdür və heç bir qüvvə n ölkədəki sabitliyi pozmaq iqtidarında deyil. Hüquq mühafizə orqanları öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Azərbaycan gəncliyi də daim dövlətçiliymizin keşikçiləridirlər»- deyə, Ş.İsmayılov qeyd edib.