YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Bü gün dünyada çox böyük və dərin siyasi böhranlar yaşanmaqdadır

«Bü gün dünyada çox böyük və dərin siyasi böhranlar yaşanmaqdadır». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Yaxın Şərqdə, Mərkəzi və Şərqi Avropadakı siyasi böhranlar, Suriya və digər ərəb ölkələri ilə bağlı baş verənlər dünyanın siyasi mənzərəsini dəyişməklə yanaşı, iqtisadiyyata da öz təsirlərini göstərməkdədir. Onun sözlərinə görə, dünya iqtisadiyyatının bir parçası olaraq Azərbaycan iqtisadiyyatı da bu təsirləri hiss etməkdədir.

«Bu mənada ölkəmizdə manatın devalvasiyası qaçılmaz idi. Bu proses istər yaxın qonşuluğumuzda, istərsə də digər regionlarda yerləşən ölkələrdə də baş verir. Rusiyanın, Qazaxıstanın, Türkiyənin fonunda Azərbaycanda gedən devalvasiya prosesi daha ağrısız keçir. Bunu iqtisadi mərkəzlər, ekspertlər də təsdiqləyir. Digər tərəfdən, devalvasiyanın təsiri nəticəsində ortaya çıxan zəruri problemlərin həlli istiqamətində ölkə Prezidentinin rəhbərliyi altında mühüm addımlar atılır, tədbirlər görülür. Ən sası sosial cəhətdən müdafiəyə ehtiyacı olan insanların problemlərnin həlli istiqamətində işlər aparılır»- deyə, M.İbrahimqızı vurğulayıb.