YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Əli Əhmədov: Heydər Əliyevin möhtəşəm qayıdışı Azərbaycanı ağır durumdan xilas etməklə yanaşı, müasir inkişafımızın, rifahımızın təminatı olub

«Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların qurtuluş məfkurəsinə istinad etməsi heç də təsadüfi deyil. Azərbaycanın müasir tarixi Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlamışdır». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Məhz Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın təhlükələrdən qurtulduğunu qeyd edən YAP Sədrinin müavini, 15 iyun tarixinin Azərbaycan tarixində əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu gün xalqımızın taleyində dönüş anı olmuşdur. Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etmişdir.

Əli Əhmədovun sözlərinə görə, bu qayıdış ölkəni ağır durumdan xilas etməklə yanaşı, müasir inkişafımızın, rifahımızın təminatı olub. «Ölkədə sabitliyin bərqərar olunması ilə bütün sahələrdə uğurlu islahatlar həyata keçirilmiş, iqtisadi tənəzzülün qarşısı alınmışdır. Ümummilli liderin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində möhkəm təməli olan müasir Azərbaycan cəmiyyəti qurulmuşdur.

Milli Qurtuluş günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir. Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoymuşdur. Bu gün Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, eləcə də, beynəlxlaq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bütün bu uğurların əsası da Heydər Əliyevin möhtəşəm qayıdışından, qurtuluşdan başlanır»- deyə, YAP Sədrinin müavini vurğulayıb.