YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Heydər Əliyev öz liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində duran nəhəng şəxsiyyətlərdəndir

«Heydər Əliyev öz liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində duran nəhəng şəxsiyyətlərdəndir. Bu zirvədən bütöv bir xalqın – Azərbaycan xalqının dünəni, bu günü və sabahı görünür». Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, bu dahi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi Azərbaycanın son yarıməsrlik tarixinin mərhələləri ilə üst-üstə düşür. Ona görə də ən yeni tariximizi Ümummilli lider Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyil.

Milli Qurtuluş günündən sonra Ümummilli lider Heydər Əliyevin hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunu tutmasından, buna qədər Naxçıvanda Ali Məclisin sədri olarkən həyata keçirdiyi islahatlardan danışan komitə sədri bildirib ki, Ulu öndər demokratik Azərbaycanın gələcək inkişaf istiqamətlərinin əsasını məhz bu qədim torpağımızda başlamışdı.
E.İbrahimov Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra həmin islahatları daha geniş çərçivədə tətbiq etdiyini, məhz bunun nəticəsində də bu gün ölkəmizin qüdrətli dövlətə çevrildiyini vurğulayıb.