YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Sosial Müdafiə Fondu: Pensiyaların artırılması barədə təkliflər hazırlanır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilən tapşırığın icrasına uyğun olaraq, pensiyaların artırılması ilə bağlı təkliflər hazırlanır. Dövlət Sosial Müdafiə Fondu bu sahədə təkliflərin hazırlanmasında yaxından iştirak edir. Qarşıya qoyulmuş vəzifələrlə bağlı Fond tərəfindən hazırlanan təkliflər üzrə qəbul olunacaq qərarlar barədə  ictimaiyyətə əlavə ətraflı məlumat veriləcəkdir.

Məlumatı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektoru yayıb.