YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq şəraitində yaşaya bilərlər

«2016-cı ilin «Multikulturalizm ili» elan edilməsi olduqca böyük bir addımdır. Bu gün dünyada baş verən kataklizmlərin, dini-irqi səbəblərlə əlaqələndirilən qarşıdurmaların fonunda ölkəmizdə var olan tolerant mühit bir daha dünyaya nümunə göstərilməlidir. Azərbaycan hər bir millətin, dinin nümayəndəsinə öz millətinə bərabər hüquq və azadlıqlar verən, irqi ayrı-seçkiliyin heç bir şəkildə təzahürlərinə rast gəlinməyən, millətlərin yanaşı qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkədir. Elə buna görə də, ölkəmizin adı yüksək tolerantlıq sərgiləyən ölkələrin siyahısında ən yüksək yerlərdən birini tutur». Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, 2016-cü ilin multikulturalizm ili kimi Azərbaycan tarixinə yazılması nəinki ölkə daxilində, hətta regionda və bütün dünyada tolerantlığın qorunmasına yüksək töhfə verməyə imkan yaradır. Millət vəkili vurğulayıb ki, multikulturalizmin qorunması  ötən dövrlərdə də ölkəmiz üçün aktual bir məsələ olub: «Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər, ortaya qoyduğu mövqe dünya ictimaiyyəti tərəfindən təqdir olunur. Bakının təşəbbüsü və təşkilatçılığı ilə dünyada tolerantlığın, sivilizasiyalar arasında dialoqun yaradılması istiqamətində bir sıra beynəlxalq tədbirlər keçirilib. Bundan başqa, Heydər Əliyev Fondunun, qeyri-hökumət təşkilatlarının dəstəyi ilə bir çox tədbirlərə Bakı ev sahibliyi edib ki, məhz bu da ölkəmizin tolerantlığa, dünyada barışa verdiyi töhfə kimi dəyərləndirilməlidir. Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Bu yöndə aparılan fəaliyyətin gücləndirilməsi isə xalqımızın bir amal, bir ideya-azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsini təmin edir».