YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“ASAN xidmət” mərkəzlərində qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsinə başlanılıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu il yanvarın 1-dən etibarən qazlaşdırma ilə bağlı texniki şərtlərin veriliməsini Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — “ASAN xidmət” mərkəzlərində həyata keçirməyə başlayıb. Bundan sonra texniki şərtlərin verilməsi yalnız 1, 2, 3, 4 və 5 saylı “ASAN xidmət” mərkəzləri tərəfindən aparılacaq.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, abonentlərin keyfiyyətli, təhlükəsiz və fasiləsiz təbii qazla təmin olunması, onlara göstərilən xidmət səviyyəsinin durmadan yaxşılaşdırılması istiqamətində “Azəriqaz” tərəfindən bundan sonra da yeniliklər həyata keçiriləcək.