YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əsədov: Keçən il kənd təsərrüfatı məhsullarının istehsalı 6,6 faiz artıb

Keçən il kənd təsərrüfatı məhsullarının istehsalı 6,6 faiz artıb.

Bunu Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Nazir qeyd edib ki, aqrar sahədə texnika və gübrə təminatında olan çətinliklər demək olar, tamamilə aradan qaldırılıb. Eləcə də, hesabat ilində bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalının həcmində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artıma nail olunub. Bu artım pambıq, yumurta, günəbaxan istisna olunmaqla, bütün növ kənd təsərrüfatı məhsullarını əhatə edib.

Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçılarına zəruri şəraitin yaradılması istiqamətində qarşıya qoyulan tapşırığın icrası olaraq, hesabat ilində 312 milyon ABŞ dolları həcmində meyvə-tərəvəz məhsulları ixrac edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox olmaqla, ixracın həcmi idxalı dəfələrlə üstələyib.

Heydər Əsədov, həmçinin əlavə edib ki, hesabat ilində aqrar sahədə məhsul istehsalının artımı əkin sahələrinin və ya heyvanların baş sayının artırılması hesabına deyil, əsasən intensiv faktorlar, yəni, məhsuldarlığın artırılması hesabına baş verib. Hər hektardan 50 sentnerdən çox məhsul götürən təsərrüfatlar nümunə göstərildiyi halda, hesabat ilində belə təsərrüfatların sayı onlarla olub.

 

DİGƏR Xəbərlər Arxiv