YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri müzakirə olunur

Yanvarın 12-də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər” mövzusunda Beynəlxalq Forum-dialoq keçirilir.

Forumda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “İran Dəmir Yolları” şirkəti Direktorlar Şurasının sədri Möhsün Purseyid Ağayi, İran nəqliyyat və şəhərsalma nazirinin müavini Mohəmməd Seyidnejat, “Gürcüstan Dəmir Yolu” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Mamuka Baxtadze, “Ukrayna Dəmir Yolu” Səhmdar Cəmiyyəti idarə heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy iştirak edirlər.

Forumun sonunda müvafiq sənədlərin imzalanması gözlənilir.