YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkənddə “Azərbaycanın mədəni irsi” adlı kitab nəşr ediləcək

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yaxın günlərdə Daşkənddə özbək və rus dillərində “Azərbaycanın mədəni irsi” adlı kitab nəşr olunacaq.

Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, Azərbaycanın mədəni və qeyri-maddi irsi dünyanın diqqət mərkəzindədir, bu dəyərlər tədqiq edilir və öyrənilir. Azərbaycanın bir sıra maddi və mənəvi mədəniyyət abidələri UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur.

S.Abbasov bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə xarici ölkələrdə təşkil olunan çoxsaylı tədbirlər Azərbaycan mədəniyyətinin, mədəni irs nümunələrinin dünyada tanıdılmasında əvəzsiz rol oynayır. O, deyib: “Xalqımıza məxsus mədəni irs nümunələrinin mənimsənilməsinin, onların təhrif olunmasının dəfələrlə şahidi olmuşuq. Məhz belə halların aradan qaldırılması məqsədilə bu kitabın çap edilməsinə qərar verdik”.

S.Abbasov vurğulayıb ki, kitabda Azərbaycanın xalçaları, muğam və aşıq sənəti, Novruz bayramı, kəlağayı, Lahıc misgərlik sənəti, Çovqan atüstü oyunu, milli musiqi alətlərimiz, milli mətbəximizin nümunələri öz əksini tapıb.

Kitabda Azərbaycanın xalq rəqsləri - "Köçəri", "Yallı", "Uzundərə", "Turacı", "Nəlbəki" və s. haqqında geniş məlumat verilir.