YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanda əhalinin sayının artması iqtisadi inkişafın təzahürüdür

Azərbaycanda çox müsbət demoqrafik vəziyyət mövcuddur. Ötən il əhalinin sayı 114 min nəfər artıb. Bu, çox müsbət haldır, ümumi iqtisadi inkişafın təzahürüdür.

Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlətimizin başçısı deyib: “Eyni zamanda, bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Çünki bir il ərzində əhalinin sayının 114 min nəfər artması gələcəkdə yeni iş yerləri, bir neçə ildən sonra yeni uşaq bağçaları, yeni məktəblər deməkdir. Biz bunları etməliyik. Yəni, bizim üstünlüyümüz ondan ibarətdir ki, əhali artır. Eyni zamanda, bu, bizim iqtisadiyyatımıza əlavə yükdür. Biz elə işləməliyik ki, iqtisadi inkişaf, açılan iş yerləri, yaradılan sosial infrastruktur demoqrafik inkişafı üstələsin. Bax, hökumət qarşısında bu vəzifə qoyulur və biz bu vəzifəni icra etməliyik”.