YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyası öz işinə başlayıb

Yanvarın 11-də Bakıda “Kiber təhlükəsizlik” mövzusuna həsr olunan Azərbaycan-NATO Beynəlxalq Məktəbinin (NİSA) növbəti qış sessiyası işə başlayıb.

Yanvarın 15-dək davam edəcək sessiyada dünyanın 23 ölkəsindən gəlmiş tədqiqatçılar, ekspertlər, Avropa və ABŞ-ın nüfuzlu universitetlərinin nümayəndələri, diplomatlar və yerli mütəxəssislər iştirak edirlər.

Açılış mərasimində çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik Departamentinin rəhbəri Qaya Məmmədov ölkəmizin NATO ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb, tədbirin əhəmiyyətini yüksək dəyərləndirib. Kiber təhlükəsizliyin dünyada artan önəmindən danışan Q.Məmmədov Azərbaycanın bu sahəyə böyük əhəmiyyət verdiyini söyləyib.

Bildirilib ki, sessiyada kiber hədələrinin təşkilati və fərdi səviyyəsi, sərhədsiz dünyada milli təhlükəsizlik, NATO-nun kiber siyasəti və informasiya təhlükəsizliyi, Avropa İttifaqının və digər təşkilatların təcrübəsi və s. məsələlər müzakirə olunacaq.

Qış sessiyasının açılışında müasir dünyada kiber təhlükəsizlik məsələlərinə daha çox diqqət ayrılmasının vacibliyinə toxunulub.