YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il sahibkarlara 248,5 milyon manat güzəştli kredit verilib

Sahibkarların maarifləndirilməsi və onlara dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə 2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 39-u regionlarda, 7-si isə Bakı şəhərinin qəsəbələrində olmaqla 46 işgüzar forum keçirilib, 4 mindən çox sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, bu tədbirlər çərçivəsində sahibkarlara güzəştli kreditlər verilib, kreditlərin verilməsi mexanizminə dair maarifləndirici treninqlər keçirilib, sahibkarlara nümunəvi investisiya layihələri təqdim olunub. Ümumilikdə, ötən il İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5243 sahibkara 248.5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12 min 600-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır.