YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstraliyada meşə yanğınları genişlənməkdədir

“BBC”nin məlumatına görə, Avstraliyanın qərbindəki kiçik Yarlup şəhərində 100-ə yaxın evə ziyan vuran meşə yanğınlarını nəzarət altına almaq mümkün olmayıb. Bəzi rəsmilər yanğının şəhəri tamamilə dağıntıya məruz qoyacağı fikrini səsləndiriblər.

Saatda 60 kilometr sürətlə əsən külək Varuna şəhərindəki alovların hündürlüyünü 50 metrə çatdırıb. Hazırda yanğın 58 min hektar sahəni əhatə edir. Şəhərdə və yaxınlıqdakı ərazilərdə təhlükə barədə xəbərdarlıqlar edilib. Yanğınla mübarizə zamanı 4 yanğınsöndürən xəsarət alıb.